Türkiyənin əfsanəvi müğənnisi Sibel Can Beynəlxalq Qadınlar Günündə Bakıda konsertlə çıxış edəcək

  

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  Bakı Kongress Mərkəzində tanınmış türk müğənni Sibel Canın konserti baç tutacaq.

LİVE.az məlumatına görə, proqramda sibelsevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər.

Konsertin təşkilatçısı - "Liatris Holding"və “KEvents Group” ,informasiya tərəfdaşı isə News24.az saytıdır. Sibel Can Bakıya martın 7-si, konsertdən bir gün əvvəl gələcək. Xanım sənətçi şəxsən iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın qonağı olacaq.

Sibel Can Bakı səfəri çərçivəsində Şirvanşahlar Sarayı, Qobustan, Atəşgah, Qala qoruğu kimi tarixi məkanlara getmək arzusunu təşkilatçılara bildirib. Xanım müğənni eləcə də Beynəlxalq Muğam Mərkəzi, Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Filarmoniyası, Xalça Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, Caz Mərkəzini görmək istəyindədir.  

Xatırladaq ki, bu, "Liatris Holding"in türk müğənnilərindən ibarət sayca ikinci təşkil etdiyi konserti olacaq. 29 dekabr tarixində tanınmış türk müğənnisi Sılanın da paytaxtda, Bakı Konqres Mərkəzində konsert proqramı baş tutacaq.
Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri