"Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik" - Füzuli rayonunda radikal erməni bəyanatı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağdadır. O, Füzuli rayonuna yollanaraq Xankəndidəki terrorçu rejimin rəhbərliyi ilə Araz çayı sahillərində erməni yaşayış məntəqələrinin yaradılması və bura ermənilərin köçürülməsi məsələlərini müzakirə edib.

Milli.Az Sputnik Armeniya-ya istinadən bildirir ki, A.Vanesyan Füzuli rayonunda olarkən deyib: "Qarabağda torpaqların Azərbaycana veriləcəyi barədə iddialar əsassız sözlər, boşboğazlıqdı. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik".

Füzuli rayonunda ermənilər "Araksavan" adlı qəsəbə salmaq, burada infrastruktur yaratmaq və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir.

A.Vanesyanın dediyinə görə, ermənilərin bu ərazilərdə yerləşdirilməsi Dağlıq Qarabağ ermənilərin əsas təhlükəsizlik təminatlarından biridir.

"Bəzi adamların guya torpaqları verəcəyimiz, bu barədə danışıqlar aparacağımız barədə bəyanatları elə ərazilərə köç proqramı ilə təkzib olunur. Bu minvalla erməni xalqına və dünyaya dəqiq mesaj verərək deyirik ki, kimsə torpaqları verən deyil. Əksinə, bu ərazilərdə ermənlər yaşamalı və yaratmalıdır", - A.Vanesyan deyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri