Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı
- 02.03.2019, 15:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatıb.
LİVE.az-ın Trend-ə istinadla məlumatına görə, M.Hüseynov həbs müddəti bitdiyi üçün martın 2-də azadlığa buraxılıb.
Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Paytaxt rayonlarından birinin polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını istəmiş, dövlət ittihamçısı isə M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb etmişdi.
Məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermişdi.