ETSN: Təəssüf ki, ölkə ərazisində də çayların çirklənməsi halları var
- 03.03.2019, 12:39,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çox təəssüf ki, ölkəmizin ərazisində də çayların çirklənməsi halları var. Bu gün əsasən Kür və Araz çaylarının qolları bilavasitə əsasən kommunal tullantı suları ilə çirkləndirilir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib.
Sektor müdirinin sözlərinə görə, çirkləndirməyə qarşı ETSN tərəfindən mütəmadi tədbirlər görülür:
"Çayları çirkləndirənlərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi göstərişlər verilir, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimlər tətbiq olunur".
M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycan dövləti bu gün Kür çayı hövzəsində yerləşən bir çox şəhər və rayonlarda kanalizasiya sistemlərinin yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirir. Artıq 10-a yaxın şəhərdə təmizləyici qurğu tikilib və istismar olunur.
ETSN rəsmisi əlavə edib ki, Azərbaycanın çayları daha çox iki ölkə tərəfindən çirkləndirilir.
Azərbaycanın səth sularının əsasını çay sularının təşkil etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, bunun 65%-i qonşu ölkələrin ərazilərindən axıb gələn tranzit çayların, 35 %-i yerli çayların hesabınadır:
"Azərbaycan çayları daha çox Ermənistan, Gürcüstan ərazisindən axıdılan sular hesabına çirklənir".