"Anji", PSJ, "Mançester Siti" və "Monako" Messiyə görə 120 milyon avro ödəməyə hazırdır

"Anji", PSJ, "Mançester Siti" və "Monako" Messiyə görə 120 milyon avro ödəməyə hazırdır Avropanın dörd aparıcı klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messini transfer etmək niyyətindədir. Bu barədə Trend İspaniyanın "AS" qəzetinə istinadən məlumat verir.

PSJ klubundan başqa, "Anji", "Mançester Siti" və "Monako" klubları da Argentina millisinin 26 yaşlı oyunçusunu heyətində görmək istəyir.

Məlumatda bildirilir ki, hər dörd klub Messiyə görə futbol aləmində rekord məbləğ - 120 milyon avro ödəməyə hazırdır.
Şərhlər
İdman bölməsinin xəbərləri