Bu il Mahaçqala-Dərbənd-Bakı sürət qatarı işə düşə bilər
- 04.03.2019, 22:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağıstan hakimiyyəti 2019-cu ildə Mahaçqala-Dərbənd-Bakı marşrutu ilə sürət qatarının işə düşəcəyinə ümid edir.
LIVE.az Trend-ə istinadla verdiyi məlumata görə, bunu Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov geniş kollegiya iclasında deyib.
Nazir bildirib ki, 2019-cu ildə və yaxın perspektivdə Mahaçqala vağzalının yenidən qurulması planlaşdırılır: "Həmçinin Dərbənd-Mahaçqala-Mineralnıye Vodı-Kislovodsk sərnişin qatarı və Mahaçqala-Dərbənd-Bakı sürət qatarının təşkili nəzərdə tutulur".
Mahaçqala-Bakı yeni dəmiryol nəqliyyatı məsələsinə 2018-ci il aprelin əvvəlində baxılıb. Bundan əvvəl o da bildirilirdi ki, Mahaçqala və Bakı arasında birbaşa aviareys açmaq planlaşdırılır.