Obama yenə də "soyqırım" demədi

ABŞ Prezidenti Barak Obama 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı ənənəvi müraciətində yenə də "soyqırım" sözünü işlətməyib. Bu barədə Trend çərşənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

"Bizim vəzifəmiz həlak olanları unutmamaq və tarixin bu qara səhifələrinin təkrarlanmasına yol verməməkdir", - Obama deyib.

Qeyd edək ki, hər il aprelin 24-də Ermənistan qondarma "erməni soyqırımı"nı qeyd edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri