Bakıda klubda “qumarxana” aşkar edilib
- 19.07.2013, 12:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yasamal rayonu ərazisindəki "ZenitBet" adlı klubda Bakı şəhər sakininin qanunsuz mərc oyunları təşkil etməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu Z.Xəlilov küçəsindəki "ZenitBet" adlı klubda Bakı şəhər sakini Rafiq Əlişovun qanunsuz futbol mərc oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd monitor, 6835 manat dəyərindəki 86 ədəd üzərində "ZenitBet" yazılmış kupon qəbzlərin kötükləri, 254 manat və 100 ABŞ dolları aşkar edilərək götürülüb.