Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib
- 05.03.2019, 16:54,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib.
LIVE.az məlumatına görə, bu barədə report`a xalq artisti özü məlumat verib.
“Söhbətimiz mənim mədəniyyət və incəsənət xadimləri ilə ölkə başçısının görüşünə dəvət olunmamağımla əlaqəli idi. Dövlət başçısı dedi ki, bu bizim sizə qarşı münasibətimizdən irəli gəlmir, çünki bizim sizə hörmətimiz və müsbət münasibətimiz var, günah siyahını tutanlarda olub və sizi dəvət etməyiblər. Dövlət başçısı soruşdu ki, görüşə gəlsəydiniz nə təklif edəcəkdiniz? Mən də cavab verdim ki, əsas kino sahəsi ilə bağlı təkliflər verəcəkdim və Mehriban Zəki də təxminən mənim istəklərimi dilə gətirdi. Kino sahəsinin inkişafına ilə bağlı artıq 5 milyon manat ayırdınız” - deyə R.Balayev qeyd edib.
O, eyni zamanda, Əbülfəs Qarayevin bugünkü mətbuat konfransında Prezidentlə görüşdə iştirak etməyən incəsənət xadimlərindən üzr istəməsindən xəbərdar olduğunu, nazirin üzrünü qəbul etdiyini söylədi: “Görünür artıq ona da məsələ deyilib və o, da üzrünü istəyib. Yəqin məni yaddan çıxarıblar, özləri bilərlər”.