Avropa İttifaqı Şurasının sədri: "Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz”
- 05.03.2019, 18:16,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk martın 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“İki tərəf arasında danışıqlar prosesi və təmaslar ümidi artırır. Əminik ki, status-kvo uzun müddət belə qala bilməz. Beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir”, - deyə D.Tusk vurğulayıb.