Ötən il ASAN-larda növbə tutan 401 min nəfər xidmət əldə etmədən mərkəzləri tərk edib

Ötən il “ASAN xidmət” mərkəzlərində 6 001 084 müraciət, bütün fəaliyyət dövrü ərzində isə 23 545 375 müraciət qeydə alınıb.

LİVE.az-ı ”Report”a istinadla verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il “ASAN xidmət” mərkəzlərində qeydə alınan müraciətlərin 93,8 faizi xidmətlə təmin edilib. Bununla yanaşı, imtina hallarının həcmi isə 0,5 faiz təşkil edib.

Eyni zamanda “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə müraciət etmiş 7 089 974 vətəndaşdan 6 652 832-nə xidmət göstərilib ( 93,8 faiz), 35 153 müraciətdən isə əsaslandırılaraq imtina edilib (0,49 faiz).

401 995 nəfər isə növbə tutub, xidmət əldə etmədən mərkəzləri tərk edib (5,6 faiz).

Ötən il ərzində 360 əsassız imtina halı qeydə alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri