Elxan Məmmədov: "Foqtsun yerinə namizədlər siyahısına baxacağıq"
- 19.07.2013, 13:20,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AFFA Azərbaycan milli komandasının baş məşqçisi postuna yeni namizədləri nəzərdən keçirəcək.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, assosiasiyanın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərlə görüşdə bu barədə açıqlama verib.
Onun sözlərinə görə, 2008-ci ilin aprelindən millimizi çalışdıran Berti Foqtsla müqavilə cari seçmə mərhələnin, ilin sonunda bitdiyindən, namizədlər siyahısı hazırlanacaq: “Orada yerli mütəxəssislər də ola bilər. Həm Foqtsun öz aldığı təkliflərə, həm də namizədlərimizdən ibarət siyahıya baxacağıq. Millimizin 3 oyunu qalıb. Seçmə mərhələ bitəndən sonra bu matçlarla bağlı hesabata hazırlanaraq, AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq”.