Bakı aeroportuna ikinci təyyarənin təcili eniş etməsi xəbəri həqiqətə uyğun deyil - RƏSMİ


Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.  


Hava limanının mətbuat xidmətinin verdiyi məlumata əsasən Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.


Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən “Uralskiye Avialinii” aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.


Xatırladırıq ki, Bəhreyndən Moskvaya uçan “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enmişdir.  Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilmişdir.


Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olmuşdur.

///


19:24 11/03/19

“Cargolux” aviaşirkətinin Honq Konqdan Lüksemburqa uçan təyyarəsinin Bakıda təcili eniş etməsi barədə məlumat həqiqətə uyğun deyil.

Bu barədə KIV-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd edək ki, bu gün Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.


Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri