Azərbaycanda nəqliyyat vasitəsinin cərimə ödəmədən istənilən müddətə ölkədən çıxarılmasına icazə verilə bilər
- 13.03.2019, 13:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.
“Report”un məlumatına görə, bu barədə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Şəkidə jurnalistlər üçün təşkil edilmiş təlimdə deyib.
Onun sözlərinə görə, qurum humanistlik nümayiş etdirərək bu cərimənin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məqsədi ilə hökumətə müraciət edib: “Bu il bu məsələnin həllini tapması gözlənilir. Təklif olunan yeni qaydada nəqliyyat vasitələrinin ölkədən müddətsiz çıxarılması nəzərdə tutulub”.