Saxta "Romantic" geyimləri satan mağaza aşkarlanıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəridə yoxlamalara başlayıb.


ANS İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən fiziki şəxs Adil Əsədova, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospekti, 136 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Umudova məxsus mağazalarda aparılan yoxlamalar zamanı "Romantic" MMC-yə məxsus "MixRay" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.


Haqsız rəqabətə yol verdiklərinə görə Dövlət Xidməti tərəfindən Adil Əsədov və Mehman Umudov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri