Azərbaycanın xarici dövlət borcu azalıb
- 14.03.2019, 19:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.
“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.
2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.