Ayseldən ailə dağıtmağı ilə bağlı iddialara cavab:“Allaha həvalə edirəm”
- 14.03.2019, 20:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Aysel Əlizadə ailə dağıtmağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
LİVE.az Musavat-a istinadla xəbər verir ki, ötən gün Xoşqədəm Hidayət qızının aparıcısı olduğu “Səni axtarıram” verilişində qonaq olan Turanə adlı qadın bildirib ki, Aysel 13 illik ailəsini dağıdıb. Hətta , keçmiş əri Ayselə “Porsche” markalı avtomobil də alıb.
Aysel isə haqqında səsləndirilən ittihamlara sosial şəbəkədə “Allaha həvalə edirəm” yazaraq reaksiya göstərib. O tənqidlərin qarşısını almaq üçün şərh bölməsini də bağlayıb.
Qeyd edək ki, 2017-ci ildə mətbuatda müğənninin avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdə olduğu haqda xəbər yayılıb. Həmin şəxsin müğənniyə son model "Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı bildirilib. 45 yaşlı ,"Yetim” ləqəbi ilə tanınan həmin şəxsin adının Elçin olduğu deyilir.