“Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb



Bu gün “Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb.

Yeni mövsüm Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında başlayıb. Artıq yarışda ilk sərbsət yürüşə yekun vurulub. Burada ən yaxşı nəticəni Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton göstərib – 1.,23,599. “Üçlüy”ü İtaliya “Ferrari”sinin sürücüləri qapayıb. Sebastyan Fettel (+0,038) ikinci, Şarl Lekler üçüncü olub (+0,074).

Bu gün daha bir sərbəst yürüş baş tutacaq. Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək.

2019-cu il mövsümünün sifariş vərəqi


PilotKomandaBolid
44Lüis HemiltonMercedes AMG Petronas MotorsportMercedes
77Valtteri BottasMercedes AMG Petronas MotorsportMercedes
5Sebastyan FettelScuderia Ferrari Mission WinnowFerrari
16Şarl LeklerScuderia Ferrari Mission WinnowFerrari
33Maks FerstappenAston Martin Red Bull RacingRed Bull Racing-Honda
10Pyer QasliAston Martin Red Bull RacingRed Bull Racing-Honda
3Daniel RikkardoRenault F1 TeamRenault
27Niko HülkenberqRenault F1 TeamRenault
8Romen QrojanRich Energy Haas F1 TeamHaas-Ferrari
20Kevin MaqnussenRich Energy Haas F1 TeamHaas-Ferrari
55Karlos SaynsMcLaren F1 TeamMcLaren-Renault
4Landro NorrisMcLaren F1 TeamMcLaren-Renault
11Serxio PeresRacing Point F1 TeamRacing Point-Mercedes
18Lens StrollRacing Point F1 TeamRacing Point-Mercedes
7Kimi RaykkonenAlfa Romeo RacingAlfa Romeo Racing-Ferrari
99Antonio CovinatsiAlfa Romeo RacingAlfa Romeo Racing-Ferrari
26Daniil KvyatRed Bull Toro Rosso HondaScuderia Toro Rosso-Honda
23Aleksandr AlbonRed Bull Toro Rosso HondaScuderia Toro Rosso-Honda
63Corc RasselWilliams RacingWilliams-Mercedes
88Robert KubitsaWilliams RacingWilliams-Mercedes

Qeyd edək ki, mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri