Azərbaycanlı rejissorun filmi Kann festivalında



Azərbaycanda “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi Kann festivalından dəvət alıb.

LIVE.az məlumatına görə, bu barədə yerli mediaya filmin quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O, bildirib ki, “Stalinin qaranlıq kecmişi”nə ilk baxış Kannda olacaq:

“Bundan əvvəl bizim çəkdiyimiz “Edam günü” və “Şollerin arxivi” bədii filmləri nümayiş üçün 72-ci Kann festivalına qəbul edilib. Nəhayət 3-cü filmimiz - “Stalinin qaranlıq kecmişi” də Kann film festivalında iştirak ucun qəbul edildi”.

Cəlaləddin Qasımov deyib ki, festivala filmlərin qəbulu martın 7-də dayandırılsa da, “Stalinin qaranlıq kecmişi” martın 14-də iştirakçı kimi qeydə alınıb ki, bu da onlara olan etimadın göstəricisidir.

 

“Stalinin qaranlıq kecmişi” Kann festivalında 19CM4576 qeydiyyat kodu ilə qeydə alınıb.
Sənədli filimin redaktoru Əkbər Qoşalıdır.

Tarix Stalini qəddar, kapitalizimin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub.

O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafinda birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb.

Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qo­çu­la­rının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq, 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Ko­ba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllənib...





 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri