"Çelsi"nin keçmiş ulduz oyunçusu Bakıda oynayacaq

 
Maykl Esyen Bakı klubunda oynayacaq.


LİVE.az xəbər verir ki, "Səbail” məşhur futbolçu Maykl Esyeni sıralarına qatıb.


Bu barədə klubun saytı məlumat yayıb.



 

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.


Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. 36 yaşlı oyunçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub.


O, İspaniyanın “Real" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

 
 
Şərhlər
İdman bölməsinin xəbərləri