Sabiq səhiyyə naziri və müdafiə nazirinin sabiq müavini

Əli İnsanov azadlığa buraxılıb


Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.

"Report" xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bu müəssisədən 8 məhbus azadlığa buraxlıb. Onlar buraxılış arayışları təqdim edilib.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. Martın 17-si səhər saatlarından etibarən əfv sərəncamının icrasına başlanılıb.

///


Müdafiə nazirinin sabiq müavini əfv edilib


Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında həbsdə olan müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.

"Report"un xəbərinə görə, sərəncamla Səlimov Mehman Əmirxan oğlu əfv edilib.

Xatırladaq ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.


///


Qiyas İbrahimov, Fikrət Fəraməzoğlu və Nicat Əliyev azad olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, bu müssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib.

Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri