Ədliyyə Nazirliyi dəfnlərin vahid dövlət reyestrini aparacaq
- 20.03.2019, 10:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də və 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci və 9.15-1-ci bəndlər əlavə edilir:
“8.8-1. dəfnlərin vahid dövlət reyestrini aparır;”;
“9.15-1. dəfnlərin vahid dövlət reyestrinə ötürülən məlumatların tamlığına, həmin məlumatların müəyyən edilmiş müddətdə reyestrə ötürülməsinə nəzarəti həyata keçirmək;”.
Bundan başqa, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:
2.1.9-cu hissəyə “184.1.4” rəqəmlərindən sonra “, 516-1.1, 516-1.3 (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə)” sözləri əlavə edilsin;
Aşağıdakı məzmunda 55-3-cü hissə əlavə ediir:
“55-3. Məcəllənin 516-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri.”.