Xaricə gedən Azərbaycan turistlərinin sayı 25 faiz artıb
- 20.03.2019, 10:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xaricə səyahət edən ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiyaya, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər edib.
Gedənlərin 67,7 faizi kişilər, 32,3 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Gürcüstana gedənlərin sayı 7 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz artıb.
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83 faizi dəmiryolu və avtomobil, 16,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.