“Narkotikə görə 1-2 sutka komada olmuşam” - Xose
- 20.03.2019, 11:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış repçi Elşad Xose Murad Arifin “Youtube” layihəsi olan “Popumuz var”a qonaq olub. LİVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, ifaçı verilişdə “Eurovision – 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən “Truth” mahnısını tənqid edib.
“Ay balam, bununla Avropada heç kimi təəcübləndirə bilməzsən. Şərqlə bağlı nəsə etməlidirlər. Bu, sanki Avropadan birinin gəlib tar çalmağına bənzəyir. Ona deyərik ki, get, öz ölkəndə çal, burada belələri çoxdur. Mən demirəm ki, səhnəyə tar kamança ilə çıxaq. Etnik nələrsə etmək lazımdır”.
Bundan əlavə, Xose Türkiyə istehsalı olan serialların insanların zövqünü korladığını bildirib:
“Türk serialları insanlarımıza xəyanəti öyrədir. Digər xarici seriallarda hər şey qabarıq deyildi. Heç “Santa barbara”, “Prosta Maria” serialları beynimizi belə yumamışdı. Türkiyə serialları evimizi yıxdı”.
Elşad proqramda daha narkotik istifadə etmədiyini qeyd edib: “İnsan necədirsə, elə də qəbul olunmalıdır. Narkotikin təsirinə düşmək üçün məsləhət görməyə çətinlik çəkirəm. Heç kim bundan sığortalanmayıb. Valideyn tərbiyəsinin də buna aidiyyatı yoxdur. Ən ziyalı, ən gözəl ailələr var ki, oğlanları narkomandır. Yetərincə belə nümunələr var. Müəyyən məqamlarda rastına çıxan insanlarla, çevrə ilə bağlıdır.
Heç kim səni zorla narkoman etmir. Sənin özündən asılıdır. Ətrafında daha çox narkotik istifadə edənləri görəndən sonra özün qaşınırsan, dadına baxmaq istəyirsən. Pulun çoxluğu da insanı çaşdırır. Qorunmağın bir üsulu yoxdur. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Bir-iki sutkaya yaxın komada olmuşam. Özün bundan uzaq durmaq istəmirsənsə, xilas olmayacaqsan. Mən iyrəndim, ona görə özümə “stop” dedim”.