Toppuş bacının əri arvad evində yaşamaq istəmir
- 19.07.2013, 17:29,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Röyal adlı bəylə ailə həyatı quran əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) qəzəblənib. Lent.az-a açıqlamasında aktrisa deyib ki, qəzəblənməsinə səbəb haqqında çıxan şayiələrdir: “Deməli, hansısa internet portalı yazıb ki, “Tünzalənin evi var. Evində təmir getdiyinə görə, kirayə qalır”. Bu, yalan xəbərdir. Mənim evim yoxdur. Toyumdan sonra Ağdaş rayonuna gəlin köçdüm. Bütün cehizlərimi həmin rayona yığdıq. Çünki mənim evim artıq ora sayılır.
Bakının Ramana kəndində isə ata evim var. Həmin evdə qardaşım və digər yaxınlarım qalır. Bir sözlə, çox ailəli evdir. Həmin evə də kənardan baxan adam olsa, görə bilər ki, bu ev təmirsizdi. Hələ damı təmir olunmayıb. Toydan sonra elə oldu ki, işlərimlə əlaqədar yoldaşımla Bakıya gələsi olduq. Paytaxta gələn kimi getdik ata evimə. Amma yoldaşım ata evimdə qalmağa razı olmadığına görə, kirayə ev tutduq.
Çünki yoldaşımın xarakteri elədir ki, istəmir qayınata evində yaşasın. Mən də onun hər fikrinə hörmətlə yanaşıram”.
ANS