Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 yaşlı qızı zorladı

Ağdaşda tükürpədici hadisə: 57 yaşlı kişi 12 yaşlı qızı zorladı Ağdaşda tükürpədici zorlanma hadisəsi baş verib. ANS-in verdiyi məlumata görə, rayonun Maşad qəsəbəsində 47 ünvanında 12 yaşl A.K. qonşuluqdakı 57 Azər Məmmədov tərəfindən zorlanıb. Bunu anası qız hamilə olduqdan sonra bilib.


Belə ki, qızının hamilə olmasından şübhələnən ana onu həkimə aparıb. Həkim 12 yaşlı A.K.-nın 4 aylıq hamilə olduğunu bildirib. Anası və xalası qızı gizlincə Mingəçevirə aborta aparıblar. Lakin həkimlər qızı abort etməyib. Bundan sonra qızı Yevlax rayonuna aparıblar. Orada həkimlər qızı süni doğuş vasitəsilə götürüblər.


12 yaşlı A.K.-nin anası qızının qonşuları Azər Məmmədov tərəfindən zorlandığı barədə şikayət ediblər. Qız tibbi müayinədən keçirilib. Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Azər Məmmədov tutulub.


Zorlanan qız A.K. isə ANS-ə hadisənin təfərrüatı barədə danışıb. Belə ki, A.K.-nin yaşadığı evin yaxınlığında Azər Məmmədovun ərzaq dükanı var. A.K. dükana ərzaq almağa gedən zaman Azər ona şirə verib. Demə qızin şirənin içinə yuxu dərmanı da atıb. Qız şirəsi içəndən sonra huşunu itirib. Ayılanda isə artıq bakirə olmadığını görüb. Azər Məmmədov 12 yaşlı qızın ayaqlarını və əllərini də bağlayıbmış. Qızın sözlərinə görə, bu barədə anasına danışmağa qorxub. Lakin hamilə qaldıqda artıq olanları deməyə məcbur olub.


İndi Ağdaş rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri