Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 19-cu dəqiqəsində Ramil Şeydayev qüvvətli zərbə ilə Azərbaycan millisini hesabda önə çıxarıb - 1:0.
Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləşdirib - 1:1.
Matçın birinci hissəsi bu hesabla başa çatıb.
Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 2:1
Zaqrebdəki "Maksimir" stadionunda keçirilən qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
///
Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin oyununa çıxacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununa çıxacaq.
E qrupunda ilk turun görüşündə rəqib Xorvatiya yığması olacaq. Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşmanı bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.
Xorvatiya millisi son dünya çempionatının gümüş mükafatçısı olsa da, UEFA Millətlər Liqasında Liqasında 4-cü qrupun qalibi ola bilməyib. Elə Azərbaycan yığması da D Liqasında 3-cü qrupun qalibi ola bilməyib. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanov istefaya göndərilib və onu xorvatiyalı Nikola Yurçeviç əvəzləyib.
Meydan sahibləri bugünkü görüşə itkilərlə çıxacaqlar. Azərbaycan millisində isə Aleksey İsayevdən başqa itki yoxdur.
AVRO-2020, seçmə mərhələ
21 mart
E qrupu
23:45. Xorvatiya - Azərbaycan
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu
Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq.
İndiyədək Xorvatiya və Azərbaycan yığmaları cəmi 2 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda rəqib komanda Osiyekdə 6:0 hesablı qələbə qazanıb. Bakıdakı görüş isə qolsuz yekunlaşıb.
Report