Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb


Mozambik, Zimbabve və Malavidə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 700 nəfəri ötüb.

"Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii hadisə nəticəsində təkcə Mozambikdə 446 nəfər həyatını itirib.

Qasırğa habelə Zimbabvedə 259 nəfərin həyatına son qoyub. Qeyd edilir ki, təbii hadisə nəticəsində Malavidə də 56 nəfər ölüb. Ümumilikdə təbii hadisə 761 nəfərin həyatına son qoyub.

"İdai" tropik qasırğası bu ölkələrin təsərrüfatına da ciddi ziyan vurub. Bir sıra dövlətlər təbii hadisədən zərər çəkən ölkələrə yardım göstərirlər.

Şərhlər
Dünya bölməsinin xəbərləri