Aleyna Tilki Bakıda konsert verdi
- 24.03.2019, 17:56,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli pop müğənni Aleyna Tilki İçərişəhərdə, Qoşa Qala qapısında xalq konsertləri çərçivəsində solo konsert proqramı ilə çıxış edib.
Pop ulduz ilk olaraq "Sen olsan bari" mahnısını ifa edib. Bundan əlavə, Aleyna həmkarı Gülşənin repertuarından "Bangır, bangır" mahnısına müraciət edib.
Açıq havada düzəlnənən səhnədə Aleyna repertuarında olan sevilən və hit mahnıları arda-arda düzüb. Türkiyəli ifaçının səhnədəki şou, perfomansı və cəsarətli rəqsləri paytaxt sakinləri ilə yanaşı turistlərə əyləncə dolu anlar yaşadıb.
Qeyd edək ki, Aleyna Tilkinin Türkiyədə az müddətdə ulduzu parıldayıb. İfaçı ötən il İstanbulda ənənəli şəkildə keçirilən 45-ci Altın Kələbək mükafatatlandırma mərasimində "Ən yaxşı qadın müğənnisi" naminasiyası üzrə ödülə sahib olub.
oxu.az