Azərbaycanda 450 minə yaxın fərdi sahibkar var
- 19.07.2013, 19:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda müəssisə və təşkilatların sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 3 833 müəssisə və təşkilatın 148-i dövlət mülkiyyətinə, 3 337-si xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 265-i tam xarici investisiyalı və 80-i birgə müəssisələrə aid olub.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yeni müəssisələrin 54,2%-i Bakıda, 13,5%-i Aran, 8,5%-i Abşeron və 7,9%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü il iyulun 1-i vəziyyətinə fərdi sahibkarların sayı 448 mindən çox olub. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında qeydiyyata alınıb.