İçərisində hərbçilərin olduğu avtobus aşıb, ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyi hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.


APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb.


Müdafiə Nazirliyi APA-ya xəbəri təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri