Azərbaycanda buğda idxalı və çörək istehsalı daha 2 il ƏDV-dən azad olunub

Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) daha 2 müddətinə azad edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, vergidən azadetmənin 2019-cu il martın 1-dən 2 il müddətinə uzadılması nəzərdə tutulub.

Dəyşikliklər müzakirə olunaraq qəbul olunub.
Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azadetmə 4 il müddətinə uzadılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri