Nazir: “Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək”


“Gələn həftədən “Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.

LİVE.az report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, -  nazir qeyd edib.

O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.

Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri