“JARA” festivalı ilk dəfə Dubayda keçiriləcək
- 31.03.2019, 16:57,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“JARA” beynəlxalq musiqi festivalı bu il mayın 3-də ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
LIVE.az bu barədə festivalın “Instagram” səhifəsinə istinadən məlumat verir.
Festivalda Emin Ağalarov, Qriqori Leps, Leonid Aqutin, Valeriya, Yulianna Karaulova, Olqa Buzova, Albina Canabayeva, “Vremya i Steklo”, “Artik & Asti” və digər qruplar çıxış edəcək.
Xatırladaq ki, bu il iyulun 25, 26, 27, 28-də Bakıda dördüncü “JARA” beynəlxalq musiqi festivalı keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoe radio” və “Zolotoy qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.