Bakıdakı yol qəzası bir ailənin faciəsi ilə nəticələndi

Qaradağ rayonu Səngəçal qəsəbəsindəki yol-nəqliyyat hadisəsi ailə faciəsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də saat 21:10 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Bəhruz Talıbovun idarə etdiyi "VAZ-2107" markalı və Gürcüstan vətəndaşı İntiqam Acalovun idarə etdiyi "Mercedes Vito" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış B.Talıbov və sərinişinləri - qızı Sevinc, oğlanları Məhəmməd və Əli xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Talıbov xəstəxanada ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri