Poroşenko Zelenskinin “Olimpiyski” stadionunda debata çağırış dəvətini qəbul edib
- 04.04.2019, 14:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın hazırkı dövlət başçısı Petro Poroşenko onunla birgə prezident seçkilərinin ikinci turunda iştirak edəcək rəqibi Vladimir Zelenskinin Kiyevdəki “Olimpiyski” stadionunda debata çağırış dəvətini qəbul edib.
“Report” xəbər verir ki, P.Poroşenko bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, rəqibini arenada gözlədiyini qeyd edib: “Debatın qaydaları prezident seçkiləri haqqında qanunda yazılıb - oxuyun, lütfən. Debatlar ictimai televiziyanın bazasında keçirilməklə digər telekanallar vasitəsilə on milyonlarla insan üçün yayımlana bilər. Amma stadion deyirsinizsə, olsun. Sizi gözləyirəm, Vladimir Aleksandroviç”.
Daha əvvəl V.Zelenski debatların “Olimpiyski” stadionunda keçirilməsi və canlı yayımlanması üçün P.Poroşenkonun qarşısında şərt qoyub. O, həmçinin prezidentliyə namizədlərin çıxışdan öncə qanda alkoqolun və ya narkotikin olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini tələb edib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aktyor və şoumen Vladimir Zelenski birinci turda 30,24 faiz səs toplayıb. P.Poroşenko isə 15,95 faiz səs yığıb. "Olimpiski" stadionu 70 min tamaşaçı tutumuna malikdir.