Elmar Məmmədyarov: Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni çətinliklər yaradır
- 04.04.2019, 19:48,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaradır.
LIVE.az Trend-ə istinadla verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.
Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir bildirib ki, bu cür yanaşma çaşqınlıq yaradır:
“Biz bu yaxınlarda Vyanada görüş keçirdik və “3+2” formatında bəyanat verdik, 3 saat keçəndən sonra isə Ermənistanın müdafiə naziri dedi: “Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”. Bu isə çaşqınlıq yaradır. Bir tərəfdən bizim əhvalımız müsbətdir, digər tərəfdən isə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, ilhaq siyasəti, separatçılıq beynəlxalq münasibətlərdə işləmir”.