FHN: “Diqlas” ticarət mərkəzi söküləcək


Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzi söküləcək.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında bildirilib.

Məlumatda deyilir: "Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək".

Qeyd edək ki, martın 26-da baş verən yanğın zamanı ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri