Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib



Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.

Trend-in məlumatına görə, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.

Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.

Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.
Şərhlər
Sosial bölməsinin xəbərləri