İstanbul aviareyslərin yeni hava limanına köçürülməsi keçirilir



“Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb. Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə  köçün əsas mərhələsi həyata keçirilir.

Nəhəng köçürmə prosesinin 38%-i 6 saatdan sonra uğurla Atatürk hava limanından İstanbul hava limanına köçürülüb.  



Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatı ümumilikdə 45 saat davam edəcək və aprel ayının 6-sı, şənbə günü, saat 23.59-da sona yetəcək. Əməliyyatın öncədən planlaşdırıldığı kimi həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprel ayının 6-ı 02.00-14.00 saatlarında bütün sərnişin reysləri üçün bağlanacaq. Atatürk hava limanından reallaşdırılacaq sonuncu sərnişin reysi İstanbuldan Sinqapura həyata keçiriləcək. Köçürülmə prosesi çərçivəsində İstanbul hava limanında əməliyyatlar 6 aprel saat 14.00-da başlayacaq. “Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri