Nazir Əbülfəs Qarayev Parisdə xalq rəssamı Toğrul Nərimanbəyovun məzarını ziyarət edib

Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə Parisdə tədbir keçirilib.


Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.


Səfər çərçivəsində nazir Ə.Qarayev Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət edib, mərhumun məzarı üzərinə gül dəstələri qoyub.
Xatırladaq ki, Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri