Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi barədə

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ikinci yarısında yeni biznes strategiyasının reallaşdırılmasına başlamağı planlaşdırır.

Bunu Trend-ə Dövlət Neft Fondunun icraçı direktoru, ABB Müşahidə Şurasının sədri Şahmar Mövsümov deyib.

O bildirib ki, hazırda strategiyanın hazırlanması üzrə işlər davam edir:

“Sənəd hazırlandıqdan və bankın müfaviq orqanları tərəfindən təsdiq olunduqdan sonra strategiyanın reallaşdırılmasına bu ilin ikinci yarısında başlanılacaq”.

Ş.Mövsümov əlavə edib ki, bankın özəlləşdirilməsi barədə danışmaq tezdir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildən fəaliyyət göstərir. Bank 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir.

ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri