İçərişəhərdə yaşayış binası çöküb

İçərişəhərdə yaşayış binası çöküb “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən Qoruq ərazisində mövcud olan qəzalı binaların vəziyyətinin daim monitorinqi keçirilir.


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, belə binaların sakinləri ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır.


Qəzalı binaların növbəti monitorinqi zamanı İlyas Əfəndiyev, 18 ünvanında yerləşən ikimərtəbəli binanın divarlarında çatların genişlənməsi aşkarlanıb.


Vəziyyətin binada yaşayan insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq, sakinlərin dərhal köçürülməsi və müvəqqəti yaşayış yeri ilə təmin olunması təşkil edilib. Bu gecə sözügedən binanın divarlarında çökmə baş verib və binanın bir hissəsi yararsız vəziyyətə gəlib. Qoruq İdarəsi tərəfindən insanların əvvəlcədən təşkil olunmuş köçürülməsi nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb.


Hal-hazırda yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri