Cənubi Qafqazın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır
- 11.04.2019, 18:40,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacib şərti çoxillik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.
Trend-in məlumatına görə, bunu “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov Bakıda “Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri” mövzusunda "dəyirmi masa" zamanı deyib.
O bildirib ki, Cənubi Qafqaz hər zaman Rusiya, İran və Türkiyə arasında müharibə meydanı olub, SSRİ-nin dağılması ilə isə bu ölkələrin "Avrasiyanın Şengen zonası" kimi bir qurşaqda birləşməsi üçün münbit şərait yarandı:
“Şengen zonası" deyərkən regionun bütün ölkələrinin çiçəklənməsi üçün şəraitin yaradılmasını nəzərdə tuturam. Təəssüf ki, bu baş vermədi: enerji ehtiyatlarının zənginliyi mənfi rol oynadı, çünki bu amil burada regiondankənar ölkələrin maraqlarının yaranmasına gətirib çıxardı və yekunda müxtəlif səbəblərlə münaqişə vəziyyəti yaradıldı. Qarabağ münaqişəsi bu baxımdan bariz nümunədir”.
Politoloqun fikrincə, KTMT və NATO Cənubi Qafqazda vəziyyətə təsir edən iki blokdur:
“NATO-nun Cənubi Qafqazda mövcudluğu getdikcə genişlənir, bu, Xaçaturovun həbsi ilə əlaqədar KTMT-nin nüfuzunun azalmasından sonra daha aydın oldu. Ermənistandakı vəziyyətə gəldikdə isə yeni hökumətin formalaşması ilə bu ölkədə qərbyönümlülük birmənalı olaraq güclənib. Bununla belə, bu gün münaqişənin nizamlanması üçün münbit şərait yaranıb, çünki xarici təhdid və risk səviyyəsi azalıb. Hesab edirəm ki, bu vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda prioritet olmalıdır. Fikrimcə, bu problem həll edilməli Cənubi Qafqazın gələcəyi dumanlı görünür”.