BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirilib
- 11.04.2019, 18:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş astrofestival keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, BDU Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi (RUGIM) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı şəhəri məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin iştirakçılarının düzəltdiyi 100 ədəd kosmik gəmi maketləri, kosmik geyimlər və həvəskar astronomların foto sərgisi nümayiş etdirilib.
Müsabiqənin keçirilməsində və sərgidə işlərin təqdim olunmasında əsas məqsəd məktəblilərin astronomik biliklərinin əhatəsinin genişləndirməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sahəsində məktəblilərin bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onların arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsidir.
Həvəskar astronomların teleskoplarının da nümayiş etdirildiyi festival iştirakçıların böyük marağına səbəb olub.