Bəşər tarixində ilk dəfə Qara dəliyin şəkli çəkilib
- 11.04.2019, 18:52,
- Maraqlı / Vacib / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Astronomlar tarixdə ilk dəfə yaxın qalaktikadakı Qara dəliyin şəklini çəkə biliblər.
Dünyanın müxtəlif yerlərindən 8 teleskop vasitəsi ilə aparılmış tədqiqatlar ötən il yekunlaşıb. Şəkillərin emal edilməsi 1 ildən çox vaxt aparıb. Əldə edilmiş nəticələr fəzada qara dəliklərin olduğunu tam təsdiq edir. Qara dəliklər Eynşteynin 1915-ci ildə ortaya atdığı ümumi nisbilik nəzəriyyəsi ilə izah edilir.
Bura fəzanın elə bir sahəsidir ki, sıxlıq çox böyük olduğu üçün nə materiya, nə də işıq şüaları oranı tərk edə bilmir. Bu səbədən sözügedən sahəni görmək mümkün deyil. Hazırda şəkli çəkilmiş qara dəlik Yerdən 50 milyon işıq ili məsafədə yerləşir. Onun diametri 40 milyard kilometrdir. Günəşdən 6.5 milyard dəfə ağır olan bu dəlik saat əqrəbi istiqamətində dövr edir.