Azərbaycanda elektron ticarətin həcmi kəskin artıb

Azərbaycanda elektron ticarətin həcmi kəskin artıb Bu ilin birinci yarısında Azərbaycanın informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 707,1 mln. manat dəyərində və ya ötən ildə olduğundan 7,5% çox rabitə xidməti göstərib.
 
APA-nin xəbərinə görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən xidmətlərin 72,2%-i bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 76,1%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Qeyd olunan dövr ərzində elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1 038,2 min manatlıq qeyri-ərzaq malları və 73,4 min manatlıq ərzaq məhsulları satılıb, müvafiq olaraq bu göstərici 68,5% və 2,1 dəfə artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri