Batumi şəhərinin meri Bakıda birbaşa reyslərin açılacağından məmnunluq ifadə edib
- 13.04.2019, 11:27,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür
Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.
Mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşmüşdür.
Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə etmişdirlər.
Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.
Cahangir Əsgərov bildirmişdir ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir.
Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirmişdir. Batumi şəhərinin meri qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.