Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib


Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

   60 yaşlı İ.Mahmudov 11 ildir məhkəmə hakimidir. Mətbuatda onunla bağlı dəfələrlə şikayətlər yer alıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri