Səfər Mehdiyev: "Gömrük daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə yerinə yetirilib"

"Bu ilin I rübündə Azərbaycanda gömrük daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə yerinə yetirilib".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, 3 ay ərzində rəhbərlik etdiyi qurum dövlət büdcəsinə 1,015 milyard manat vəsait köçürüb ki, bu da proqnozdan 52 milyon manat çoxdur.

"Ötən ilin eyni dövrü ilə müqayisədə isə 287 milyon manat artıq vəsaitin büdcəyə köçürülməsi təmin olunub", - deyə o qeyd edib.


Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri